Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Oktyabr

2017
08:43
771
Kataloniyada vəziyyət bir qədər də gərginləşib: müstəqillik haqqında bəyannamə imzalandı

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.   

FaktXəbər-in məlumatına görə, bu barədə “RİA Novosti” bildirir. Sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən və parlamentdə çoxluq təşkil edən 72 deputat da imzalayıb. Hakim koalisiyadan qeyd olunan bəyannamənin hələlik hüquqi qüvvəyə malik olmadığını bildiriblər. Barselona və Madrid arasında böhranın nizamlanmasına dair danışıqların uğursuz nəticələnəcəyi təqdirdə, sənəd təsdiqlənməsi üçün parlamentdə səsverməyə çıxarılacaq.     

Qeyd edək ki,  Karles Puçdemon bundan əvvəl Kataloniya deputatlarının qarşısında çıxışı zamanı parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.  

K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.  

Bununla belə o vurğulayıb ki, 1 oktyabr tarixli səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb.

Məqalədə : Kataloniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 15:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru