Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2017
20:47
Dövlət İmtahan Mərkəzi X sinif “Ümumi tarix” dərsliyi ilə bağlı qalmaqala münasibət bildirib

Dövlət İmtahan Mərkəzi (DİM) X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı məsələyə münasibət bildirib.

Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DİM ancaq dərsliklərin Azərbaycan dilində olan variantlarının qiymətləndirilməsində iştirak edib. Sonradan bu dərsliklər Rus dilinə tərcümə edilərək istifadəyə verilib: “Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqini və dərsliklərin çap olunmadan qiymətləndirilməsi aparılır. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Dövlət İmtahan Mərkəzinin Əsasnaməsinə əsasən, qurum yalnız Təhsil Nazirliyinin rəsmi sifarişi əsasında dərsliklərin monitorinq və qiymətləndirməsini apara bilər. Bu il də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yalnız Azərbaycan dilində olan dərsliklərin nəşrə qədər qiymətləndirilməsi ilə bağlı müqavilə bağlanıb. Mərkəzə nəşrəqədərki Azərbaycan versiyasında olan dərsliklərin maketləri göndərilib. Bir neçə maketdə heç bir müəllifin adı, kim tərəfindən yazılması qeyd olunmayıb. Mərkəz yalnız bu dərsliklərin qiymətləndirilməsində iştirak edib. Sonradan nazirlik onların arasında hansına üstünlük veribsə, onu seçərək rus dilinə tərcümə edib”, - deyə cavabda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin düzgün təsvir olunmamasıdır. Xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisi təsvir olunub, Azərbaycan, Türkiyə, İran və Gürcüstan torpaqları qondarma dövlətin ərazilərinə daxil edilib.

Qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri isə Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Məqalədə : DIM dərslik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3172

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2531

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2097
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 11:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru