Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Oktyabr

2017
16:35
2454
Baş kardioloqdan geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ

“Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya (təzyiqin yüksək olması), ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir”.

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycanın baş kardioloqu Faiq Quliyev “Report”a açıqlamasında bildirib ki, geomaqnit qasırğası zamanı həmin insanların xəstəliyi daha da üzə çıxır: “Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur. Yaşlı insanlar daha həssas olur. Gənc nəsildə həssaslıq göstəricisi zəifdir”.

Mütəxəssis təbiət hadisəsi zamanı sadalanan xəstəliklərdən əziyyət çəkən insanların dərman qəbulunu dayandırmamağı məsləhət görüb.

O qeyd edib ki, təzyiq və şəkərli diabet xəstələri xəstəliklərinin göstəricilərini daim nəzarət altında saxlamalıdırlar: “Həmin xəstələr adi vaxtda bunu bir həftədən bir edirdilərsə, belə olanda gündəlik yoxlamalıdırlar. Yəni nəzarət məhz bu günlərdə artmalıdır. Lazım gələrsə, hətta dərmanın qəbul dozasını həm artırmaq, həm də azaltmaq mümkündür. Qasırğanın təsir müddəti bitdikdən sonra hər şey öz əvvəlki qaydasında olmalıdır”. 

 

“Belə günlərdə evdə və ya bayırda olmağın heç bir fərqi yoxdur. Həmçinin maqnit qasırğasının kişi və ya qadın xəstələrə təsirinin də fərqi olmur. Əsas yaşlı nəsil həssas olur" - deyə F.Quliyev əlavə edib.

Xatırladaq ki, bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, təsiri isə 11 və ya 12 oktyabrdan başlayacaq. Bu təsir, adətən, Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir. Hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Geomaqnit indeksi hazırda Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.

Məqalədə : geomaqnit qasırğası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru