Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
16:08
513
AMEA aparıcıları və yazarları tənqid etdi

“Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, xarici terminlərdən istifadə edən aparıcılar özlərini savadlı göstərmək üçün belə edirlər.

Akademik bildirib ki, Avropa dilləri ilə yanaşı, Türkiyə türkcəsindən də Azərbaycan dilinə sözlər daxil olur: “Hansı ki, o sözlərin Azərbaycan dilində qarşılığı var. Buna görə də dilimizin alt qatında, arxaikləşən sözlər yenidən aktivləşdirilməlidir”.

2013-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni tələsik nəşr adlandıran İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarına yenidən baxılmalıdır: “2013-cü il nəşrinə alınma sözlər daxil edilib. Hazırda yeni orfoqrafiya qaydaları hazırlanıb və bu qaydalar müvafiq komissiyanın müzakirəsinə təqdim ediləcək”.

Məqalədə : AMEA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru