Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
15:17
390
Dünyada işsizlərin sayı 200 milyonu keçib

FaktXəbər-in verdiyi məlumata görə, 2017-ci ildə qlobal səviyyədə işsizlərin sayı ötən illə müqayisədə 3,4 milyon artaraq 201 milyona çatıb. Bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) hesabat dərc edib. 

"2017 - Dünyada Məşğulluq və Sosial Mənzərə" adlı hesabatda qeyd olunur ki, cari ildə qlobal işsizlik nisbəti 5,8 faiz olub və bu nisbətin yaxın perspektivdə düşmək ehtimalı yoxdur. 

Hesabatda həmçinin deyilir ki, 2016-cı ildə özəl sektor dünya miqyasında 2,8 milyard nəfəri işlə təmin edib ki, bu da ümumi məşğulluğun 87 faizi deməkdir. 

BƏT bundan əlavə açıqlayıb ki, inkişaf etməkdə olan və yüksələn ölkələrdə təxminən 780 milyon işçi hələ də "ifrat" və ya "orta dərəcədə" yoxsulluq şəraitində yaşayır.

Məqalədə : işsizlərin sayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru