Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2017
15:10
Evakuator yoxsa sürücü haqlıdır? - Mütəxəssis rəyi

Gündəlik olaraq minlərlə suala cavab verirəm. Və bu sualların arasında son dövrlər dayanma və durma ilə bağlı məsələlər çoxluq təşkil edir. Qanunda avtomobilin hansı hallarda evakuatorla təxliyyə edilməsi qeyd edilsə də, deyəsən buna fikir verən yoxdur.

Videodan görünən odur ki, avtomobil hətta deyəsən sahibi onun yanında ola-ola belə təxliyyə edilir. Yeri gəlmişkən biz kadrlarda parkomat görə bilərik.

İlk olaraq qanuna nəzər salaq :

"Yol hərəkəti haqqında" Qanun 54-cü maddə : Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir.

Yəni kimsə özbaşına gəlib parkomat quraşdıra bilməz. Hər halda heç bir sürücünü nevində parkomatı yoxdur və o, özü ilə parkomat gəzdirə bilməz. 

Yenə həmin qanun : Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz.

Yəni sürücü parkomat görürsə, orada avtomobilini saxlayıb park edə bilər. Sürücü 54-cü maddəni əsas gətirə bilər ki, bu parkomat yalnız icazə verilən yerdə quraşdırılmalıdır. Səhv quraşdırılması sürücünün problemi deyil.

YPX-niin əmkdaşları ilk olaraq sürücü ilə söhbətdə bu məsələni qabardırlar:  YHQ 85-ci maddə - 10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.

Lakin bu qanunun tədbiq edilmə üsulu Yol Patrul Xidməti haqqında təlimatın 1 -ci bəndində :1.5.7. sürücüsü tərəfindən dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş, habelə 24 saatdan artıq parklanma yerində saxlanılmış nəqliyyat vasitələrini mühafizə olunan duracağa göndərmək;

5-ci bəndində: 5.4.1. dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması məqsədilə istifadəsində olan bort-kompüter vasitəsilə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edir; qeyd edilib.

Üstəgəl qanuna nə deyilir: 

5.4.2. YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır.Evakuatorun tətbiq edilməsi ilə bağlı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”nda qeydə alınır (Təlimata 12 nömrəli əlavə);

5.4.3. YPX inspektoru “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni (Təlimata 13 nömrəli əlavə) doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;

5.4.4. göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır.

5.5. Nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir.

Bakı şəhərində isə heç bir evakuator YPX ekipajının çağırışı ilə gəlmir. Hələ bu bir yana, tıxac yardılan Xocalı pr-dən deyil, məsələn N.Rəfiyev küçəsindən avtomobillər evakuasiya edilir.

Parkinq nişanı altında (parkomat olan ərazidə) avtomobil nə zaman evakuasiya edilə bilər?

Yolda əlavə nişan olmadıqda yola prependikulyar saxlamaqla, avtobus dayanacağına 15 metr, döngəyə 5 metr, piyada keçidinə 5 metr yaxınlıqda, səkidə,piyada keçidinin üzərində, giriş və cıxış qapılarında hərəkətə mühüüm manə yaratdıqda avtomobil mütləq təxliyyə edilməlidir.

Nəticə:

Avtomobil tıxac və ya hərəkətə mühüm maneə yaratmayıbsa, evakuasiya edilə bilməz.

Kimsə ora parkomat qoyubsa, sürücü buranı parking hesab edirsə (məntiqlə bu belədir) sui istifadə edib avtomobili evakuasiya etmək olmaz.Avtomobil sahibi həmin ərazisdədirsə, avtomobil evakuasiya edilə bilməz. 

avtostop.tv

Məqalədə : Sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18880

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17517

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18402

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23971

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18421

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18550
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 21:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru