Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
15:01
522
Rusiyanın hava qüvvələri Suriyada MDB ölkələrindən olan terrorçuları məhv edib

Son bir gün ərzində  Rusiya aviasiyası Suriyada 182 aviazərbə endirib. Gecə ərzində pilotsuz vasitələrlə aparılan araşdırmalar nəticəsində Fəratın şərq sahilində  terrorçuların yaxşı gizlədilmiş dayaq məntəqəsi aşkarlanıb. Həmin obyektə artileriya və tank  döyüş sursatlarının  anbarı, həmçinin MDB ölkələrindən və Əlcəzairdən gələn terrorçuların gizləndiyi yaxşı havalandırılmış yeraltı tunel sistemləri vardı. FaktXeber.com-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilir ki, Su-34 bombardmançı təyyarələri ilə həyata keçirilən aviazərbələr zamanı 4 tank, 3 PDM, iri kalibrli silahlarla təchiz edilmiş 9 yolsuzluq  avtomobili və 2 yaylım atəşli reaktiv sistemi məhv edilib. Terrorçular 50-dən artıq canlı qüvvə itirib.

Bundan başqa daha 30 terrorçu yeraltı tunellərdə çıxılmaz vəziyyətə düşüb. 40 dəqiqədən sonra ikinci dəfə aviazərbələr nəticəsində yaralı terrorçuların evakuasiyası üçün gələn 20 silahlı məhv edilib.

Xatla rayonunda  İŞİD-in  komanda məntəqəsi və İraqdan dəstək üçün gəlmiş 3 qrup terrorçu məhv edilib. Rusiyanın Hərbi Hava Qüvvələri Suriyada 34 terrorçu, iri kalibrli silahlarla təchiz olunmuş 5 yolsuzluq maşını, həmçinin  döyüş sursatları ilə dolu olan iki avtomobili məhv edib. FaktXeber.com-un məlumatına görə, xəbər artıq Rusiya müdafiə qurumunda öz təsdiqini tapıb. Bildirilir ki, Rusiya HKQ  oktyabrın 10-da İraqın qərb rayonlarından Suriyanın Deyr əz-Zorəyalətinə  girən İŞİD terrorçularının məhvinə davam ediblər.



Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru