Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
12:35
369
AMEA-dakı muzeylərdən biri pullu xidmətə keçib

AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzey pullu xidmətə keçib.

AMEA-nın mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyin xidmətlərinin qiymətləri təsdiqlənib. Qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyən olunub.

Qeyd edək k ki, Zooloji Muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində Azərbaycan faunasına, eyni zamanda, dünya faunasına aid nümunələr vardır. Azərbaycanın “Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.

Məqalədə : AMEA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru