Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
12:30
402
ABŞ-ın sabiq prezidenti Pxenyana səfər etmək və Kim Çen Inla danışıqlar aparmaq niyyətindədir

ABŞ-ın 39-cu prezidenti 93 yaşlı demokrat Cimmi Karter  Birləşmiş Ştatların nümayəndəsi kimi Pxenyana səfər etmək və KXDR lideri  Kim Çen Inla  danışıqlar aparmaq niyyətindədir. FaktXeber.com-un məlumatına görə, bu barədə Cənubi Koreyanın Joongang Ilbo qəzeti xəbər yayıb.

«Karter Şimali Koreya lideri ilə görüşmək və Koreya yarımadasında sülhün təmini üçün 1994-cü ildəki kimi konstruktiv rol oynamaq istəyir», - deyə ABŞ-da işləyən və ABŞ –ın sabiq prezidentinə yaxın olan Cənubi koreyalı professor bəyan edib.

«Əgər alınarsa, o, Kim Çen Inla görüşmək, ABŞ və KXDR arasında sülh danışığını, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə müzakirələr aparmaq istəyir. Karter ikinci Koreya müharibəsinin qarşısını almaq üçün öz təcrübəsindən istifadə etmək istəyir», - deyə mənbə əlavə edib.

Qeyd edək ki, 1977-1981-ci illərdə prezident vəzifəsini tutan Karter hazırda sağ olan sabiq amerika prezidentlərinin ən yaşlısıdır.

Yeri gəlmişkən bildirək ki, KXDR 1992-ci ildə MAQATE-nin müfəttişlərini öz nüvə  obyektlərinə buraxmaqdan imtina etdi, 1993-cü ildə isə  Nüvə Silahlarının Yayılmaması haqqında Sazişdən çıxdı. Karter də gərginliyin azalması üçün 1994-cü ildə Pxenyana səfər edir və prezident Bill Klintonun nümayəndəsi qismində Kim İr Senlə görüşür.

Ümumilikdə sabiq prezident Pxenyanda 3 dəfə olub.

Məqalədə : Cimmi Karter 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru