Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Oktyabr

2017
12:19
723
Robert Prosineçki yığmadan 800 min avro istəyir

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasının “sükanı arxası”na keçə bilər.  Bu barədə ölkə mətbuatı məlumat yayıb.

İddiaya görə, xorvatiyalı mütəxəssislə danışıq aparılıb və o, ilinə 800 min avro maaş istəyib. Lakin Sloveniya Futbol İttifaqının prezidenti Rade Miyatoviç bunu təkzib edib.

O, yerli mətbuata açıqlamasında bu qədər məbləği vermək imkanına malik olmadıqlarını söyləyib: “Baş məşqçi postuna namizədimiz var. Robert Prosineçkinin belə bir tələbindən isə xəbərsizəm. Ümumiyyətlə, bizim bu pulu ödəmək üçün lazımi qədər maliyyə imkanımız yoxdu. Belə yüksək vəsaiti ödəyə bilmərik”.

Qeyd edək ki, hazırda Sloveniya yığmasında baş məşqçi postu boşdu. Robert Prosineçkinin AFFA ilə müqavilə müddəti isə bu ilin sonuna qədərdi.

Məqalədə : Prosineçki 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:44

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru