Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Oktyabr

2017
11:47
993
151 nömrəli məktəb şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb

151 nömrəli tam orta məktəb bu təhsil ocağında təhsil alan şagirdlər arasında baş vermiş bıçaqlanma hadisəsinə münasibət bildirib. 

Məktəbdən verilən məlumatda qeyd edilir ki, məktəbin 8-ci sinif şagirdləri Əliyev Fərid və Bədirov Əli arasında olan insident məktəbdən kənarda olub. Hadisə oktyabrın 9-da axşam saat 19:00 radələrində Nərimanov rayonunda idman məşqindən qayıdarkən onların aralarında yaranmış mübahisə zəminində baş verib. Ətrafda olan şəxslərin köməyi ilə xəsarət alan uşaq xəstəxanaya aparılıb, ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşağın aldığı xəsarət ciddi deyil.

"Qeyd olunan şagirdlər məktəbdaxili nizam–intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirdlərdir", - deyə, məktəbin açıqlamasında bildirilib.

Qeyd edək ki, həmin məktəbin Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.(Report)

Məqalədə : məktəb şagirdi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 17:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru