Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
09:18
3012
Poroşenko ilə birgə mətbuat konfransında Ərdoğan MÜRGÜLƏDİ - VİDEO

FaktXeber.com-un məlumatına görə, Türkiyə prezidenti  Rəcəb Tayib Ərdoğan ilə Ukrayna rəhbəri  Pyotr Poroşenkonun birgə mətbuat konfransından maraqlı görüntülər yayılıb. Sputnik Türkiyənin Tvitter akkauntunda dərc olunan kadrlarda Türkiyə liderinin mürgülədiyi görünür.

Kadrlarda Poroşenkonun  nitqi zamanı Ərdoğanın bir neçə dəfə əsnədiyi, gözlərini yumduğu və yuxuladığı görünür. Ukrayna prezidenti, görünür, həmkarının mürgülədiyini anlayaraq, onu oyatmaq üçün masanı döyəcələyib.

Xatırladaq ki, bazar ertəsi günü  Ərdoğan Kiyevə rəsmi səfər edərək Pyotr Poroşenko ilə görüşüb. Səfər  zamanı  bir sıra sənədlər, o cümlədən 2017-2019-cu illər üçün ikitərəfli əlaqələrin  inkişafı üçün fəaliyyət planı imzalanıb.

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru