Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
08:28
456
“Qızıl top”a bütün namizədlər açıqlanıb - SİYAHI

Dünyada ilin ən yaxşı futbolçusunun müəyyən edildiyi "Qızıl Top" (Ballon d`Or) mükafatı üçün namizədlər açıqlanıb.

FaktXəbər-in məlumatına görə, "France Football" jurnalından verilən açıqlamada "Qızıl Top" mükafatı üçün 30 namizəd futbolçunun müəyyən olunduğu qeyd edilib.

Siyahıya görə, daha əvvəl bu mükafatı 5 dəfə əldə edən "Barselona"nın argentinalı ulduzu Lionel Məssi və 4 dəfə qazanan "Real Madrid"in hücumçusu Kristiano Ronaldo ilə yanaşı mövsümün əvvəlində rekord qiymətə "Paris Saint-Germain"ə transfer olan braziliyalı Neymar da namizədlər arasında yer alıb.

 2017 "Qızıl Top" mükafatına namizəd göstərilən futbolçular isə bunlardır:

Lionel Messi (“Barselona”)

Pyer-Emerik Obameyanq (“Borussiya” D.)

Edison Kavani (PSJ)

Mats Hummels (“Bavariya”)

Karim Benzema (“Real”)

Kilian Mbappe (PSJ/”Monako”)

İsko (“Real”)

Leonardo Bonuççi (“Yuventus”/”Milan”)

Eden Azar (“Çelsi”)

Kristiano Ronaldonun (“Real”)

Canluici Buffon (“Yuventus”)

Antuan Qrizman (“Atletiko”)

Radamel Falkao (“Monako”)

Toni  Kroos (“Real”)

Sadio Manenin (“Liverpul”)

Kevin de Bruyne (“Mançester Siti”, Belçika)

Robert Levandovski (“Bavariya”, Polşa)

David De Xea (“Mançester Yunayted”, İspaniya)

Harri Keyn (“Tottenhem”, İngiltərə)

Edin Dzekonun (“Roma”, Bosniya və Herseqovina)

Luis Suares (“Barselona”, Uruqvay)

Yan Oblak (“Atletiko”, Sloveniya)

Serxio Ramos (“Real”, İspaniya)

Filipe Koutinyo (“Liverpul”, Braziliya)

Dris Mertens (“Napoli”, Belçika)

Neymar (PSJ/"Barselona", Braziliya)

Luka Modriç ("Real", Xorvatiya)

Paulo Dibala ("Yuventus", Argentina)

Marselo ("Real", Braziliya)

Nqolo Kantenin ("Çelsi", Fransa).

"France Football" jurnalının 1956-2009-cu illərdə verdiyi "Qızıl Top" mükafatı ilə FİFA-nın 1991-2009-cu illər arasında seçdiyi "Dünyada İlin Futbolçusu" mükafatı 2010-cu ildə "FİFA Qızıl Top" adı altında birləşmişdi.

FİFA və "France Football" jurnalının "FİFA Qızıl Top" adı ilə 2010-cu ildən etibarən verilən "Dünyada İlin Futbolçusu" mükafatında tərəfdaşlığa ötən il son verilib.

Məqalədə : Qızıl top 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru