Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2017
16:45
2135
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib. DİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Nazirliyə müraciətlər daxil olmaqdadır.

Məlumatda bildirilib ki, cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar DİN-in rəsmi veb saytına (http://mia.gov.az/?//content/liability) daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

“Yeri gəlmişkən, qeyd edilən İnteraktiv pəncərədə iki variantda axtarış aparmaq mümkündür. Birinci variantda soyad, ad, ata adı və doğum tarixini qeyd etməklə, digər variantda isə şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və şəxsin doğum tarixini göstərmək lazımdır. Daxil etdiyi məlumatın düzgünlüyünə əmin olması üçün vətəndaşlara hər iki variantda axtarış aparmaları tövsiyə olunur. Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı hansı polis orqanına müraciət etməsi göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdən sonra onun barəsindəki məhdudiyyət aradan qaldırılır. Şəxs axtarışda deyilsə, o zaman ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat tapılmamışdır” cümləsi yazılır. Bu isə sorğu edilən şəxsin borclu kimi axtarışda olmadığının göstəricisidir”, - deyə məlumatda qeyd olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru