Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

09 Oktyabr

2017
08:48
954
Azərbaycanda İİV-ə daha çox inyeksion narkotik istifadəsi nəticəsində yoluxurlar

Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur.

FaktXəbər-in məlumatına görə, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İİV daşıyıcılarının 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Yoluxanların 7,4% -də yoluxma yolu müəyyən edilməyib. Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır. İİV-ə yoluxanların 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır.

N.Zülfüqarov bildirib ki, hazırda QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfərdir. İndiyədək 828 nəfər İİV infeksiyasından dünyasını dəyişib.

Məqalədə : QİÇS HİV 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 15:12

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru