Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Oktyabr

2017
21:18
936
Vergilər Nazirliyi 366 mindən çox vergi ödəyicisinə “Asan İmza” verib

Bu ilin oktyabrın 1-i tarixinə vergi ödəyicilərinə ümumilikdə 366 187 sayda “Asan İmza” sertifikatı verilib. Bu barədə  Azərbaycan Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib.

Məlumata görə, sentyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 15 237 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 46 824 SMS göndərilib.

Sentyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 388 436 daxilolma qeydə alınıb. Bundan əlavə vergi ödəyicilərinə xidmət strukturlarında 24748 vətəndaş qəbul edilərək onlara 37032 sayda xidmət göstərilib.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayı ərzində 955 hüquqi, 6 084-ü fiziki şəxs olmaqla ümumilikdə 7 039 vergi ödəyicisi qeydiyyatdan keçib. (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru