Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Oktyabr

2017
15:37
1980
İraqda Makedoniyalı İskəndərin itmiş şəhəri tapılıb - FOTO-VİDEO

Müasir İraq ərazisindən Makedoniyalı İskəndər tərəfindən əsası qoyulan və sehrli yer adını alan şəhər aşkarlanıb. FaktXeber.com-un verdiyi məlumata görə, mifik şəhər olan Qalagta Dərbənd 2 min il imiş ki, itmiş hesab olunurdu.

İraqlı və britaniyalı arxeoloqlar bu şəhəri MKİ-nin 1960-cı ildə çəkdiyi casus fotolarını öyrənərkən aşkarlayıb. Onlar İraq yaşayış məntəqələrinin birində çəkdiyi həmin fotolarda qədim divarların qalıqlarını müəyyənləşdiriblər.

Alimlərin fikrincə  b.e.ə. I və II əsrlərdə şəhər İraq Kürdüstanının Süleymaniya əyalətində Raniyanın cənub şərqində yerləşirmiş.

Hesab olunur ki, Makedoniyalı İskəndər, e.ə.331-ci ildə əsasını qoyduğu bu şəhərdə 3000-ə yaxın təbəələri ilə birlikdə yaşamışdır.

Qalagta Dərbənd  kürd dilindən tərcümədə  «Dağlı aşırımın qalası» kimi tərcümə olunur.

Şəhər  Böyük İskəndərin Fars hökmdarı III Daraya qarşı yürüş marşrtunun üzərində yerləşib.

Hazırda Böyük Britaniyadan olan araşdırmasçılar qrupu qazıntılarla məşğuldur. Onlar artıq şəhərin əsasının Makedoniyalı İskəndər tərəfindən qoyulduğunu müəyyənləşdiriblər.

Pilotsuz təyyarədən alınan fotoların üzərində işləyən arxeoloqlar taxıl sahələri arasında gizli qalan böyük bələdiyyə binasını aşkarlaya biliblər.

Qrupun lideri Con Mak Qinnes hesab edir ki, e.ə I və II yüzillikdə şəhər yunan və roma təsirinə düşüb. Artıq bir neçə heykəli aşkarlayaq torpağın altından çıxarmaq mümkün olub.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru