
"Son zamanlar Azərbaycan ədəbi dilinin normalarının pozulması tendensiya halı alıb".
Faktxeber.com saytı APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda yekun nitqlə çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, konfransda faydalı müzakirə aparılıb: "Bütün sahələr üzrə əsas vəzifələrimiz, hədəflərimiz ortaya qoyuldu. Mən tamamilə razıyam ki, bu, tək KİV-in məsələsi deyil. Gündəmdə Azərbaycan dilinin saflığı məsələsi durursa, valideyndən, dayədən tutumuş, orta və ali məktəblər də daxil olmaqla, QHT və KİV-in də öz rolu var. Söhbət 3-5 aparıcıdan getmir. Aparıcı ora gələnə qədər hansı mərhələləri keçir? Hər kəs anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bir çoğrafi ərazi var, o da bu ərazidir. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır. Hər kəs bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Aparıcılar dilimizi yaxşı bilməklə yanaşı, niyə gözəl fiziki göstəriciləri də olmasın?! Yaxşı olar ki, aparıcılar həm də zəngin intellektə malik olsunlar".
Prezidentin köməkçisi qeyd edib ki, son 10 ildə telekanallarda süni reytinqə qaçmaq, kənar saxta sorğular da müəyyən problemlər yaradıb: "İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur".
Ə. Həsənov televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: "AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu məsələni Türkiyə əleyhinə məsələ kimi qabardaraq, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur".
Ə. Həsənov deyib ki, bir neçə il əvvəl Azərbaycanda Türkiyə seriallarının verilməsi dayandırılıb: "Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik? Türkiyə də bu məsələdə bizi başa düşdü. Türkiyə telekanalları da Azərbaycanda yayımlanır, kim istəyir, baxsın. Hər birimiz Azərbaycan dilini qorumalıyıq".

DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel
Xəstəxanadakı sevinci ilə məşhurlaşan qazi əlillik təyinatından narazıdır
16
Aprel
Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
16
Aprel28-12-2019 10:57 Oğlundan Əli Həsənovla bağlı açıqlama
28-12-2019 10:50 Həbs olunduğu deyilən Əli Həsənov: “Avropadayam”
29-11-2019 17:37 Əli Həsənov vəzifəsindən azad edilib
26-10-2019 14:32 Əli Həsənov: "Bu xəbərin yazılmasını sifariş hesab edirəm"
21-10-2019 16:56 Prezident Baş Nazirin işdən çıxarılan müavinləri ilə görüşdü
21-10-2019 16:34 Əli Həsənov və Hacıbala Abutalıbov vəzifəsindən azad edildi
- 16-04-2021 16:29 Bağçalarda 2 milyonluq yeyinti məlumatları haqda - Rəsmi açıqlama
- 16-04-2021 16:21 Azərbaycandan deportasiya olunan əcnəbilərin sayı açıqlanıb
- 16-04-2021 16:06 MilliÖN terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı
- 16-04-2021 15:18 Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər varsa... - VİDEO
- 16-04-2021 14:54 Koronavirusdan qorunmaq üçün xüsusi qida yoxdur - Nazirlik
- 16-04-2021 14:50 Birinci dozadan sonra yoluxsaq, ikinciyə ehtiyac varmı?
- 16-04-2021 14:35 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 16-04-2021 12:55 2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub
- 16-04-2021 12:15 Bank kartlarından vəsait tutulması xəbərləri haqda - Rəsmi açıqlama
- 16-04-2021 11:58 Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
- 16-04-2021 11:42 Karantin nə zaman sərtləşdiriləcək? - VİDEO
- 16-04-2021 11:13 DYP-dən sürücülərə MÜRACİƏT
- 16-04-2021 10:59 Xalq artisti Eldar Quliyev vəfat edib
- 16-04-2021 10:25 FHN əməliyyat görüntülərini yaydı - VİDEO
- 15-04-2021 15:45 Uşaq və yeniyetmələr arasında piylənmə artıb
- 15-04-2021 14:58 Sabah Bakıda 21 dərəcəyədək isti olacaq
- 15-04-2021 14:25 Daha bir şəhidimizin övladı dünyaya gəlib
- 15-04-2021 14:12 Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
- 15-04-2021 11:46 Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb
- 15-04-2021 11:17 ABŞ-da polis nümayişçilərə atəş açdı
- 15-04-2021 10:13 Bu gündən mənzillərin istilik təchizatı dayandırılır
- 15-04-2021 09:33 Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər” - VİDEO
- 14-04-2021 16:53 Yoluxanların sayı ilə bağlı statistika
- 14-04-2021 14:21 MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub
- 14-04-2021 13:01 Sabahın hava proqnozu açıqlandı