Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Oktyabr

2017
13:04
909
Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb

“Dünya Səyahət Mükafatları” (“World Travel Awards”) tədbirində Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb.

"AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova Trend-ə bildirib ki, “Dünya Səyahət Mükafatları” (“World Travel Awards”) tədbirində Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb. Siyahıda yer alan otellər arasında “Excelsior Hotel & Spa Baku” oteli də var. “Excelsior Hotel & Spa Baku” oteli Azərbaycan üzrə “İlin ən yaxşı Leading Boutique Hotel 2017” nominasiyasında mükafata layiq görülüb.

D.Zamanova bildirib ki, hər zaman yerli və xarici turistlərin üzünə açıq olan oteldə müştəri məmnuniyyəti artıb. Çünki müştəri məmnuniyyəti hər zaman öndə olmalıdır. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" lüks otaq, 4 "Crown" lüks otaq, 45 "Heritage" standart otaq və 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s. var.

D.Zamanova əlavə edib ki, Media Consulting and Services (MC&S) media monitorinq qrupunun apardığı monitorinqə görə, “Excelsior Hotel & Spa Baku” oteli dəfələrlə mətbuatda ən çox adı hallanan otel olub.

Qeyd edək ki, hər il turizm sahəsində World Travel Awards adlı nüfuzlu tədbir keçirilir. Mükafatlandırma mərasimində müxtəlif ölkələrdə turizmin müxtəlif sahələrində yaxşıların ən yaxşısı seçilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru