Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2017
11:04
Rəis müavinini şantaj edən qadın həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Bildirilib ki, V. Dadaşova ibtidai sinfə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib. İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V. Dadaşova onları şantaj edib və barələrində internetdə məlumatlar yerləşdirib. Zərərçəkmiş şəxslər onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyiblər.

Dövlət ittihamçısı Fərid Nağıyev də məhkəmədən V. Dadaşova barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Müşavirədən sonra qərar elan edilib. Qərara görə, V. Dadaşova barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib. Qeyd edək ki, zərərçəkmiş  şəxslərdən biri Pərviz İsmayılov İsmayıllı rayon Polis Şöbəsinin rəis müavinidir.(APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 09:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com