Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Oktyabr

2017
15:47
522
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 27-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

26-CI YOL - ALLAH MƏNİ BELƏ YARADIB

27- İBADƏTLƏRƏ GÜCÜM ÇATMIR, VAXT TAPMIRAM

Bəzi insanların Allaha olan bağlılığını ifadə etmək üçün ibadət etməsi lazım olduğunu bildiyini, ancaq yerinə yetirmədiyinə görə bəzi bəhanələr gətirdiklərini görürük. Əslində hər nə bəhanə irəli sürülsə də, bütün bəhanələrin ortaq bir nöqtədə birləşdiyini başa düşmək lazımdır: Tənbəllik.

Halbuki, Allaha qəlbən inananlar ibadətlərinə vaxt ayırmır, əksinə, ibadətlərini edərək digər bütün işlərini qalan vaxta görə tənzimləyir. Bəziləri isə düşünür ki, vaxt puldur, əgər insanın boş vaxtı və ya imkanı varsa, bunu nağda çevirmək üçün çalışmalıdır.

Allah üçün edilməsi lazım olan əməlləri etməyənlərin irəli sürdükləri bəhanələrdən birinə Qurani-Kərim bu şəkildə diqqət çəkir: “Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi.” (Fəth, 11) Və Allah qullarına bu şəkildə buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır.” (Munafiqun, 9)

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru