Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Oktyabr

2017
11:56
996
UEFA nümayəndələri Sadıqova hazırlanan sürprizə imkan vermədilər

Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisini qəbul edəcək. Sabah millidə vida oyununu keçirəcək Rəşad Sadıqov da mətbuat konfransında iştirak edib.

Mətbuat konfransında millimizin kapitanı üçün sürpriz hazırlanmışdı. Belə ki, mətbuat konfransında iştirak edən jurnalistlərə Sadıqovun maskası paylanmışdı. Ancaq UEFA nümayəndələri mətbuat konfransında maskaların taxılmasına icazə vermədiyindən, sürpriz baş tutmayıb.

Qeyd edək ki, sabah Rəşad Sadıqov milli forma ilə son oyununa çıxır.

Məqalədə : Rəşad Sadıqov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:54

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  fakt[email protected]


Valyuta.com


Рейтинг@Mail.ru