Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2017
11:09
4249
Kral Salman Putindən `S-400` kompleksini 3 milyard dollara istəyir

FaktXəbər-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Səud Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüş zamanı "S-400" raketlərinin satılmasını müzakirə edəcək. Bu barədə "Kommersant" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, "S-400"lərin Səudiyyəyə 3 milyard dollara satılması bu gün imzalanacaq müqavilələrdə nəzərdə tutulmasa da, "Triumf" raketlərinin ər-Riyada verilməsi gələcək üçün müzakirə olunacaq.

Qeyd edək ki, kralı Salman bin Əbdüləziz Əl-Səud oktyabrın 4-də tarixdə ilk dəfə Rusiyaya işgüzar səfər edib. O, cümə axşamı, oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Onlar neft bazarında vəziyyəti və Şimali Afrikada və Yaxın Şərqdə vəziyyəti müzakirə edəcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səudiyyə kralı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com