Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2017
09:42
1867
2000 sürücü səs siqnallarına görə cəzalanıb

“Lüzumsuz olaraq səs siqnallarından istifadəyə görə, 2000-dən artıq sürücü məsuliyyətə cəlb edilib”.

Bu barədə Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, sürücülər biraz sıxlıq yaranan kimi səs siqnallarından istifadə edirlər.

“Onlar elə bilir ki, lüzumsuz olaraq səs siqnalından istifadə etməklə yolları tıxaclardan azad edəcəklər. Bu çox yanlış düşüncədir, onlar bununla həm ətrafdakıları narahat edir, həm də belə hal aşkarlandıqda yol  polisi tərəfindən məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə tələblərinə uyğun olaraq işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat cərimə nəzərdə tutulur.

V.Əsədovun sözlərinə görə, bu il ərzində çoxavazlı, yüksək tonlu, səsi artırıb azaldan səs siqnallarının avtomobillərə quraşdırılması və istismar edilməsinə görə 500-dən artıq sürücü məsuliyyətə cəlb edilib”.

V.Əsədov onu da deyib ki, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 300-dən artıq avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə qanun qarşısında cavab verib.

Məqalədə : sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
152

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
78

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
158

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
100

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
110

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
98

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
116
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 18:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru