Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Oktyabr

2017
19:47
1233
AİP Qadınlar Şurası “Həzrəti Əliəsğər günü” keçirib - FOTO

Bu gün Azərbaycan İslam Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə İmam Hüseynə (ə) əza günləri ilə əlaqədar “Həzrəti Əliəsğər günü” keçirilib. Tədbirdə AİP Qadınlar Şurasının üzvləri və inanclı xanımlar iştirak ediblər. AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Kərbəla faciəsindən, bu inqilabın fəlsəfəsi, hədəf və məramları haqqında çıxış edib.

Tədbirdə eyn zamanda Kərbəla faciəsindən bəhs edən nohələr, qəsidə və şerlər səsləndirilib.

Qeyd edək ki, dünyanın bir çox müsəlman ölkələrində hər il Məhərrəm ayında izdihamlı şəkildə keçrilir.

Həzrət Əli Əsğərin xatirəsini anım mərasimində analar öz südəmər körpələri ilə bir araya gəlir, İmam Hüseynin (ə) altı aylıq körpəsinin Kərbəlada Yezidin qoşunu tərəfindən şəhid edilməsini yad edir və matəm saxlayırlar. 

İmam Hüseynin (ə) kiçik oğlu Həzrət Əli Əsğər Kərbəla şəhidlərindən ən azyaşlısı olub. Kərbəla müsibətində iki şəhidin başı bədənindən qopmamışdı ki, bunlardan biri Əli Əsğər, o birisi isə Hürr idi.

Məqalədə : Məhərrəm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 17:26

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru