Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2017
16:04
Bakı yollarındakı son vəziyyətlə bağlı Yol Polisindən açıqlama

Faktiki hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov  bildirib ki, bu cür hava şəraiti ilə əlaqədar sürücülər həddindən artıq diqqətli olmalıdırlar.

O deyib ki, faktiki hava şəraiti ilə əlaqədar bu gün səhər saatlarında paytaxtın bir sıra küçələrində avtomobillərin hərəkətində maneələr yaranıb ki, bu da sıxlıqla nəticələnib: "Hava şəraiti ilə bağlı yollarda avtomobillərin hərəkətində problemlər yaransa da, yol polislərinin səyi nəticəsində hərəkət tənzimlənib. Yol polisləri hazırda yollarda fasiləsiz xidmət aparır, hərəkətin normal olmasına çalışırlar".

V.Əsədov qeyd edib ki, hazırda paytaxtın Nizami rayonunda, M.Abbasov küçəsində yolun çökməsilə əlaqədar yol bağlanıb və avtomobil sürücülərindən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər: "Daha bir problemli yol isə Rəsulzadə qəsəbəsindən Binəqədi istiqamətinə gedən yoldur. Həmin yolda təmir işlərinin aparılması, kommunikasiya xətlərinin çəkilməsi prosesinə hazırlıq gedir. Ona görə də, sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər".

Məqalədə : Vaqif Əsədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3172

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 10:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru