Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Oktyabr

2017
14:19
678
Akif Çovdarov özünü öldürmək istəyib

"Tutulmamışdan qabaq istədim özümü öldürüm”.

Faktxeber.com APA-ya istinadən xəbər verir ki, bunu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov bu gün məhkəmədə deyib.

Prosesdə son sözlə çıxış edən A. Çovdarov  “Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar", -  deyə əlavə edib.

Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov son söz deməyə başlayıb.

A. Çovdarov nitqində təqsirsiz olduğunu deyib.

Daha sonra proses qapalı elan olunub, zərərçəkənlər zaldan çıxarılıb.

Məqalədə : Akif Covdarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru