Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Oktyabr

2017
18:58
1185
Milli Məclis prezidentin etirazını qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna ötən sessiyada edilən dəyişikliklərlə bağlı ölkə prezidentinin etirazı haqqında qərar layihəsi müzakirə olunub.

FaktXəbər-in məlumatına görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, prezident öz hüququndan istifadə edərək layihəyə düzəlişlə bağlı etirazını bildirib.

Layihədə etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunda əsas səlahiyyətləri Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, habelə dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxil olan siyahıya Məhkəmə Hüquq Şurası Aparatının da salınması olub.

Yeni düzəlişə əsasən, Məhkəmə Hüquq Şurası Aparatına dövlət orqanı statusu verilib və  yuxarıda qeyd olunan dövlət qurumlarından sonrakı kateqoriyaya aid olunub.

Layihə səsə qoyularaq qəbul edilib.

Məqalədə : Dövlət qulluğu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru