Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Oktyabr

2017
18:50
1242
İlqar Məmmədov iki vəkilindən imtina etdi

FaktXəbər-in məlumatına görə, REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev Facebook səhifəsindən açıqlayıb ki, müvəkkili iki vəkilindən imtina edib.

O, İlqar Məmmədovla görüşdüyünü bildirib: "İlqar Məmmədov başqa vəkillərinə fədakar və əzmkar xidmətlərinə görə təşəkkür edir və bildirir ki, indiki mərhələdə onlardan imtina edir. Bundan sonra İlqar Məmmədovun hüquqlarını yalnız mən müdafiə edəcəyəm".

Qeyd edək ki, REAL sədrinin imtina etdiyi vəkillər Cavad Cavadov və Şəhla Hümbətovadır.

Xatırladaq ki, İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunur.

Məqalədə : İlqar Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru