Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Oktyabr

2017
15:47
960
Kataloniya Azərbaycan kimi ölkələrdə də separatçıları ruhlandıra bilərmi?
Politoloq Hikmət Hacızadə FaktXəbər.com-un suallarını cavablandırıb

Bazar günü İspaniyanın Kataloniya vilayətində referendum həyata keçirildi. Seçkilərdə iştirak edənlərin 90 faizi müstəqilliyə səs verdilər. 

Xatırladaq ki, bundan əvvəl İraqın Kürdüstan vilayəti də analoji addım atmışdı. Maraqlıdır ki, böyük dövlətlər bu məsələyə etirazlarını, ancaq səthi bəyanat şəklində verdilər, heç bir sanksyia, ya başqa təzyiq vasitəsi irəli sürmədilər. Buna səbəb nə ola bilər? 

Onlar baxırlar, ruhlanırlar, sonra bir-birləri ilə əlaqə qururlar, hansısa beynəlxalq qurum yaradırlar, orda iştirak edirlər. Qurumun adı Tanınmamış Ölkələrin Birliyi olur

FaktXeber.com məsələ ilə əlaqədar prlitoloq Hikmət Hacızadədən münasibət öyrənib.

Siyasətçi hər bir Azərbaycan vətəndaşı kimi müstəqillik referendumunun əlehinə olduğunu bildirdi: “Bunun adı separatizmdir. İqtisadi, sosial, siyasi problemlər varsa da, bunu ayrılmamış həll eləmək olar. Buna imkan olub. Lakin onlar bunu etməyiblər: hərə bir bayraq qaldırıb, o ordan ayrılıb, bu burdan ayrılıb…”

Politoloq dünya güclərinin bu məsələyə qarışmamalarına gəldikdə isə bildirdi ki, İspaniyanın Mərkəzi Hökumətinin gücü hələ kifayət qədərdir: “Hələ ciddi bir şey yoxdur. Yəni partizan müharibəsi, Qarabağ konflikti yoxdur. Onlar hələ ki, öz münasibətlərini bildirirlər. Əgər katalonlar dura bilsələr, başlayacaqlar ki, bizi tanıyın, diplomatik əlaqələr qurun, sərhədlər çəkin və sair. Bu artıq üçüncü, dördüncü məsələdir. Amma hələ ki, ona ehtiyac yoxdur.” 

Bəs xarici ölkələrin bu məsələyə bəyanat səviyyəsində etiraz etmələri Azərbaycan kimi ölkələrdə bəzi separatçıları, o cümlədən  Ermənistan tərəfindən işğal edilmiş Qarabağdakı separatçıları nə dərəcədə ruhlandıra bilər?

Hikmət hacızadə bunun mümkün olduğunu dedi: “Onlar baxırlar, ruhlanırlar, sonra bir-birləri ilə əlaqə qururlar, hansısa beynəlxalq qurum yaradırlar, orda iştirak edirlər. Qurumun adı Tanınmamış Ölkələrin Birliyi olur. Əlbəttə ki, bunların hamısı təsir edir.”

“Dünya havalanıb, dəli olub. Hər yerdə hər şey dağılır. Dünyada, ölkədə, küçədə, ailədə... Dünya bir tərəfə gedir, insanlar başqa tərəfə...”, - deyə Hikmət Hacızadə sözlərini yekunlaşdırdı.

Məqalədə : Kataloniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru