Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2017
14:29
1955
Qarabağ döyüşçüsü ölüm aclığına başlayıb - AÇIQLAMA

Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev ölüm aclığına başlayacaq. Bu barədə o, özünün facebook səhifəsində yazıb.

Müharibə iştirakçısı uzun müddətdir müxtəlif problemlərdən əziyyət çəkir. Ən ciddi problem isə onun səhhəti ilə bağlıdır. Qarabağda döyüşlərdə yaralanan C.Rzaquliyev normal müalicə ala bilmir. Aldığı yaralardan əziyyət çəkən döyüşçü əlillik dərəcəsi də ala bilməyib.

Qarabağ qazilər birliyinin mətbuat xidmətinin rəhbəri, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu C.Rzaquliyevin problemlərindən xəbərləri olduğunu deyib:

"Cəmşidin problemlərindən xəbərimiz var. Mən və birliyimizin sədr müavini Firudin Məmmədov onunla görüşüb. Ona kömək etməyə cəhd eləmişik, amma təəssüflər olsun ki, alınmayıb. Jurnalist həmkarımın vasitəsi ilə onun sağlamlıq problemini Səhiyyə Nazirliyinin rəhbərliyinə də çatdırmışıq. Bunun da nəticəsi olmadı! Onun digər qardaşı da Qarabağ müharibəsində iştirak edib və Qarabağ əlilidir. Ümumiyyətlə, ölkəmizdə Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlarına münasibət ürək açan deyil. Lazım olan bütün qanunlar var, amma icra edilmir. Döyüşçülər taleyin ümidinə buraxılıb."

Məqalədə : Qarabağ döyüşçüsü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
32

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 10:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru