Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Oktyabr

2017
11:58
1248
Hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə

Oktyabrın 18-dən başlayacaq kurslarda (kursun müddəti 2 aydır) iştirak etmək istəyənlər üçün qeydiyyat 16 oktyabr 2017-ci il tarixdə saat 23:59-da başa catacaq. Həmin tarixdən sonra qeydiyyatdan keçənlər 9 yanvar 2018-ci il tarixində başlayacaq kurslarda iştirak edəcəklər.

Bu barədə FaktXəbər-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Xatırladaq ki, kurslarda yalnız Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə yeni proqramlar (kurikulum) haqqında məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)).

MƏQALƏDƏ: Dövlət İmtahan Mərkəzi

Məqalədə : Hazırlıq kursları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru