Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Oktyabr

2017
09:30
1176
Bakının bəzi məktəblərinin istilik sistemlərində problemlər aşkarlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) havaların soyuması ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə ilkin monitorinqlər aparılıb: “Monitorinqlər zamanı bəzi təhsil müəssisələrinin istilik sistemlərində problemlərin olduğu müəyyən edilib. Aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində hazırda müvafiq tədbirlər görülür. Həmçinin, məlum olduğu kimi qış mövsümünə keçid hər il 15 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə rəsmiləşdirilir”.

Məqalədə : məktəb 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru