Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Oktyabr

2017
08:51
765
Azərbaycan - Çexiya oyununun hakimləri müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsindəki Çexiya yığması ilə oyunun hakimləri müəyyənləşib.

FaktXəbər-in məlumatına görə, UEFA-nın rəsmi saytı yazır ki, qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Benua Millot olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Julien Paçelli və Bertran Juanno kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Qeyd edək ki, "C" qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Görüşə saat 20:00-da start veriləcək.

Qrupda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Məqalədə : Azərbaycan millisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru