Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Oktyabr

2017
20:27
1878
Referendum gərginliyi La Ligaya da əks olundu - VİDEO

İspaniya və Avropada günün əsas gündəmi Kataloniya muxtar bölgəsində keçirilən müstəqillik referendumudur.

FaktXəbər bildirir ki, Barselona Klubu Katalonyada baş verən hadisələrə dötə İspaniya Birinci Futbol Liqasının 7-ci həftəsində evindəki "Las Palmas" qarşılaşmasını tamaşaçısız oynamağa qərar vermişdi və oyun bu cür də keçirildi.

Barselona Klubundan bildiriblər ki, "Vətəndaşların söz azadlığı və demokratik hüquqlarının qarşısını almaq üçün Katalonyanın bir çox yerində bu gün baş verən hadisələri pisləyirik. Bu fövqəladə vəziyyət qarşısında idarə heyətimiz "Las Palmas" oyununun təxirə salınmasını İspaniya Futbol Federasiyasından tələb edib, lakin gələn mənfi cavaba görə qarşılaşmanın tamaşaçısız oynanmasına qərar verilib".

Həmçinin Kataloniya Futbol Federasiyası bölgədəki bütün yerli liqa matçlarının təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, oyun "Barselona"nın 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Satdiondan hesabın göstərildiyi böyük ekranda isə oyun boyu referenduma dəstək üçün "Demokratiya" şüarı yazılıb. 

Məqalədə : Kataloniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru