Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2017
16:17
Gəncə Şəhər Baş Polis İdarəsi “İmamzadə” kompleksində yaranan insidentlə bağlı məlumat yayıb

Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki “İmamzadə” ziyarətgah kompleksinə gələcək vətəndaşlarımızın təhlükəsizliyini və eləcə də onların məscidə maneəsiz giriş-çıxışını, dini ayinlərini rahat şəraitdə yerinə yetirmələrini təmin etmək məqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşrutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət etmələri qərara alınıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılıb. Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq, dini ayinlərini icra ediblər.

Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların çoxluğundan əsəbiləşən bir qrup nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstəriblər. Nəticədə insanların hərəkəti qısa müddətli olsa da, çətinləşib, xüsusən qadınlar üçün ayrılmış giriş-çıxışlarda çətinlik yaranıb.

Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilib, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə dini ayinlərini sonadək yerinə yetiriblər.

Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.

Məqalədə : Gəncə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3892

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2806

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 17:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru