Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Oktyabr

2017
15:13
1182
Qanvermə aksiyasında 3 mindən çox insan qan verib

Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyası keçirilib.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, Azərbaycan üzrə 3827 nəfər insan qan verib. O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.

“Təzəpir” məscidində  də keçirilən qanvermə aksiyasında QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, QMİ sədrinin oğlu Məhəmməd Paşazadə, nəvəsi Allahşükür Paşazadə və dini icma rəhbərləri  qan veriblər.

Bərdə şəhərindəki İmamzadə ziyarətgahında da bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad edib, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qana ehtiyacı olan xəstələrə yardım məqsədilə təşkil olunan könüllü qanvermə aksiyasında iştirak ediblər. Aksiya zamanı 160 nəfər könüllü olaraq qan verib.

DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda Aşura günü qanvermə aksiyası bir çox qonşu ölkələrdə də nümunə kimi istifdə edilir.

Məqalədə : qanvermə aksiyası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 06:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru