Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

30 Sentyabr

2017
18:43
807
AİP lideri Mövsüm Səmədovun Ali Məhkəməsi keçiriləcək

ASİp sədri Mövsüm Səmədovun vəkili Yalçın İmanovın bildirdiyinə görə, 22 noyabr saat 11.00-da müvəkkilinin Bakı Ali Məhkəməsində məhkəməsi başlayacaq.

Qeyd edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə qapalı tipli həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdı.

Bundan sonra həmin qərardan kassasiya şikayəti verilib və həmin şikayətə Ali məhkəmədə baxılacaqdır.

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın Baş Məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır.

Məqalədə : Mövsüm Səmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru