Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Sentyabr

2017
18:59
1305
Rusiyada əsgər zabiti və 2 əsgəri güllələyərək öldürüb - YENİLƏNİB

Şərq Hərbi Dairəsinin rəsmi məlumatında bildirilir ki, poliqonu silahla tərk edən əsgər antiterror qrupuna atəş açıb və cavab tədbirləri nəticəsində öldürülüb.

***

Məlumata görə, hadisəni törədən 1994-cü il təvəllüdlü əsgər, yefreytor Abduləhədov Həsən Omaroviç Dağıstan Respublikasının vətəndaşıdır. O, rabitə birliyində sürücü kimi xidmət edirmiş.

***

Rusiyanın Amur vilayətində əsgər zabiti və 2 əsgəri güllələyərək öldürüb, digəgr 2 əsgər isə yaralanıb.

FaktXəbər-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hadisə gecə təlimi zamanı hərbi poliqonda baş verib. "Əsgər avtomatını atəşə hazırlaşmaq istəyən hərbçi yoldaşlarının üzərinə boşaldıb", - deyə məlumatda bildirilir. 

Əsgər yoldaşlarını güllələdikdən sonra poliqonun ərazisində gizlənib.

Hazırda onun tutulması üçün əməliyyat keçirilir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu hadisənin araşdırılması üçün Amur vilayətinə komissiya göndərib. Komissiyaya quru qoşunlarının Baş Qərargah rəisi rəhbərlik edir.

Məqalədə : əsgər güllələnmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru