Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Sentyabr

2017
18:52
1011
Türkiyə S-400 raket kompleksinə görə Rusiyaya avans ödəyib

Rusiya Tükiyədən S-400 Zenit Raket Kompleksinə görə avans alıb.

FaktXəbər-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin hərb-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildiib.

"Bəli, almışıq. Təslimatın tarixi barədə hələlik məlumat verə bilmərəm. Onlar tez istəyirlər, amma bəzi suallar hləlik müzakirə edilir", - Kojin bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə tərəfi raket sisteminin iki il ərzində təslim edilməsini gözlədiklərini bildirmişdi. 

Moskva və Ankara S-400 ZRK-nın alınması barədə müqaviləni cari ilin 12 sentyabr tarixində imzalayıb.

Sazişin detalları "mövzunun spesifikliyi və həssaslığı"na görə açıqlanmamışdı. Prezident Rəcəb Tayyib Ərdoğan isə açıqlamasında bildirmişdi ki, Türkiyə tərəfi ilkin ödəniş edib.

Xatırladaq ki, S-400 "Triumf" hava obyektlərini, o cümlədən təyyarələrivə ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub. Kompleksin dünyada analoqu yoxdur.

Məqalədə : S-400 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru