Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Sentyabr

2017
18:32
921
Nikolay Patruşev Bakıda məsləhətləşmələr aparıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda olub. O, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.

FaktXəbər-in məlumatına görə, bu barədə TASS agentliyi Rusiya Təhlükəsizlik Şurasına istinadən xəbər yayıb.

Görüşdə regional təhlükəsizlik məsələsiilə yanaşı dini ekstremizm və terrorizmlə mübarizə, bu sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. 

N.Patruşev bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev isə bildirib ki, beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki vəziyyət gərgindir. Onun sözlərinə görə, bəzi ölkələr informasiya sahəsində dünyaya öz maraqlarına uyğun qaydalar yeritməyə çalışırlar: “Dünya birliyi səylərini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində münaqişələrin qarşısının alınmasına, digər ölkələrin daxili işlərinə qarışmamasına yönəltməlidir.” 

Məqalədə : Rusiya-Azərbaycan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru