Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Sentyabr

2017
17:06
942
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başa çatıb - FOTO

Sentyabrın 29-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycanda keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər.

MN-dən FaktXəbər-ə bldirilib ki, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.

Təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətlərin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr Müdafiə nazirləri tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin davamlı olaraq keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaq.

Tədbirdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlərin təlim ərazisində nümunəvi uçuşları həyata keçirilib.

Təlimlərin bağlanış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə sona çatıb.

Məqalədə : hərbi təlim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru