Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Sentyabr

2017
14:37
1215
Baş Prokurorluq narkotiklə bağlı edilən qanun dəyişikliyinin əleyhinədir

Baş Prokurorluq Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir.

Bunu Respublika Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisdə keçirilən ictimai dinləmələrdə deyib. O bildirib ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması doğru deyil: “Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir. Eyni zamanda, əgər kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq ki, bu da cinayətin sayına təsir göstərəcək”.

Qeyd edək ki, dəyişikliyə əsasən CM-nin 234.1-ci maddəsində cəza sanksiyası ləğv edilir və narkotik istifadəçisi məcburi stasionar müalicəyə göndərilir. 

Ali Məhkəmənin Ağır Cinayətlər Kollegiyasının sədri Şahin Yusifov da bu maddənin dekriminallaşdırılmasının əleyhinə çıxıb.

Məqalədə : Narkotik maddələr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru