Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Sentyabr

2017
12:32
1119
Mehman Hüseynovun kassasiya şikayəti qismən təmin edildi

Bu gün Ali Məhkəmədə bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti qismən təmin edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən həmin məhkəməyə qaytarılıb.

Porosesdə M.Hüseynovun məhkəməyə gətirilmədiyi və onun məhkəməyə iki ərizəsinin daxil olduğu elan olunub.

Hakim bildirib ki, M.Hüseynov vəkili Elçin Sadıqov və özünün kassasiya şikayətindən imtina etdiyini, digər vəkilləri Şəhla Hümbətova ilə Fuad Ağayevin kassasiya şikayətinə bağılmasını istəyib.

Məhkəmə birinci kassasiya şikayətinə xitam verilməsi və digər kassasiya şikayətinə baxılması barədə qərar çıxarıb.

Onun digər ərizəsi isə özünün məhkəmə iclasında iştirak etməsi olub.

Məhkəmə ərizəni təmin etməyib.

Daha sonra M.Hüseynovun vəkilləri və ittiham tərəfinin nümayəndəsi çıxış edib. M.Hüseynovun vəkilləri kassasiya şikayətinin təmin edilməsini iatəyib, ittiham tərəfinin nümayəndəsi isə kassasiya şikayətinin təmin edilməməsini tələb edib.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti təmin edilməyib.(Report)

Məqalədə : Mehman Hüseynov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru