Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Sentyabr

2017
11:14
1068
Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

2017-2018-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün təşkil olunan ixtisasartırma təlimləri davam edir.

Bu barədə Təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə keçirilən təlimlər YUNİSEF-in elmi-metodik dəstəyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rəhbərliyi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunub. 

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Məktəbəhazırlıq qruplarında dərs deyəcək 870 ibtidai sinif müəllimi üçün təşkil olunan ixtisasartırma təlimlərinin oktyabrın 1-dək yekunlaşdırılması planlaşdırılır.

İxtisasartırma təlimlərinin  müdavimlərinə  TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 2-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində ilk dəfə olaraq paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər mentor xidmətindən yararlana biləcəklər. Belə ki, xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərə qatılacaq, müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərəcək, onlar üçün qrup müzakirələri təşkil edəcəklər.

Məqalədə : təhsil 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 15:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru