Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

28 Sentyabr

2017
21:46
1029
Təhsil və səhiyyə müəssisələrində narkotik hazırlayan ya da satanlarla bağlı xüsusi cəza tətbiq olunur

Azərbaycanda təhsil və səhiyyə müəssisələrində, o cümlədən yeniyetmələrə narkotik vasitələri və psixotrop maddələrin hazırlanmasına və satışına görə xüsusi və ağır cəzalar tətbiq edilə bilər.

Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) 3-1 bəndinin əlavə edilməsi təklif olunur.

Təklif olunan layihəyə əsasən, yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satma, habelə bu məcəllənin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 234.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

Məqalədə : təhsil səhiyyə narkomaniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:54

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru