Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Sentyabr

2017
16:38
1338
İnstagramda evli qadını şantaj edib 10 min aldı - Azərbaycanda - FOTO - VİDEO

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən müxtəlif sosial şəbəkələrdə insanların etimadını qazanan və daha sonra tanış olduqları şəxsləri hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən bir qadın “İnstagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyib 1000 manat pul tələb etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Siyəzən rayon sakini Cavad Ağarəşidov qeyd edilən miqdarda pulu qadından alan zaman saxlanılıb.

Baş İdarəyə şikayət ərizəsi ilə müraciət edən oxşar qanunazidd əməllə üzləşən daha bir xanım da tanış olduğu Samir adlı şəxsin onu fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 10000 manat aldığını və yenidən 2000 manat tələb etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

S.İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.

Göstərilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qadınlara hədə-qorxu gələrək onlardan pul tələb edən gördüyünüz bu şəxslərin əməllərindən başqa zərərçəkənlər varsa, bu barədə Baş İdarəyə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.Vətəndaşlara isə sosial şəbəkələrdə tanış olduqları insanlarla ünsiyyət quran zaman diqqətli olmaları və şəxsi məlumatları gizli saxlamaları tövsiyyə olunur.

Məqalədə : Sosial şəbəkələr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru