Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Sentyabr

2017
10:58
2283
İlham Əliyev pambıqçı qadına `NAZ LİFAN` hədiyyə edib - VİDEO

Kamilxan Rüstəmova deyir ki, həmin gün çıxışa hazırlaşmayıb. Təsadüfən tribunaya qalxıb sözünü deyib. O, İlham Əliyevə hakimiyyətinin əbədiliyini arzulayandan sonra ölkə başçısı ona “NAZ LİFAN” markalı avtomobil hədiyyə edib. Ardınca 26 sentyabrda keçirilən referendum seçkisi ilə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb və namizədlər üçün yaş senzi aradan götürülüb.

Kamilxan Rüstəmova 7-ci sinifə qədər təhsil alıb. Ondan sonra pambıqçılıqla məşğul olan qadın 30-dan çox mükafat qazanıb. “Lenin” mükafatını alarkən eks prezident Heydər Əliyev də ona maşın hədiyyə edib. Deyir, Cəbrayıldan köçkün düşərkən maşın rayonda qalıb.

Kamilxan Rüstəmova Biləsuvarda Cəbrayıldan olan köçkünlər üçün tikilən qəsəbədə qalır. Ötən il işıqların tez-tez kəsilməsinə görə qəsəbə əhalisi etiraza çıxmışdı və 5 nəfər həbs olunmuşdu. Kamilxan Rüstəmova deyir ki, o, etiraza qoşulmayıb. Hökumət nümayəndələrinin atacağı addımları gözləyib.

İlham Əliyev hələ ki, müstəqil Azərbaycan tarixinin ən uzunmüddətli dövlət başçısıdır. O, 2013-cü ildə üçüncü müddətə bu vəzifədə yer alıb. 14 ildir hakimiyyətdə olan İlham Əliyev referendumla konstitusiyaya edilən dəyişiklikdən sonra vitse-prezident vəzifəsinə xanımı Mehriban Əliyevanı gətirib. Avropa Şurasının Venesiya Komissiyası dəyişikliklərin prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin pozduğunu bildirib.

Kamilxan Rüstəmova isə düşünür ki, İlham Əliyevdən sonra heç kim o kürsüyə layiq deyil.(Meydantv)

Məqalədə : İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru