Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Sentyabr

2017
15:57
1569
“Əsl hadisə istər qiyam deyək, istərsə də müsibət - bu 10 gündə baş verib”

Diqqət etsək görərik ki, Məhərrəm ayının ilk 10 günü növbəti 20 günündən daha izdihamlı keçirilir. Bunun səbəbi barədə FaktXəbər AİP-in sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev və Hacı Cavad məscidinin axundu, ruhani Hacı Əhliman Rüstəmovdan münasibət öyrənib.

Hacı İlham Əliyev bildirdi ki, Məhərrəmliyin ilk 10 gününün xüsusi əhəmiyyəti bütün hədislərdə bəyan olunub, Əhli-Beyt (ə) bu günləri qəm qüssə və hüznlə qeyd edib:

Mərifət nə qədər geniş miqyasda, dolğun olarsa, məhəbbət də o qədər düzgün olar və insanlar daha aşiqanə əza saxlayar.

“Hədislərdə bildirilir ki, Məhərrəm ayı daxil olan gündən, ta Aşura gününə kimi İmam Museyi Kazımın (ə) üzündən təbəssüm silinərdi, İmam Hüseyni (ə) xatırlayıb onun üçün göz yaşları tökərdi.” 

İlahiyyatçı-alim Məhərrəm ayının ilk 10 günündə möminlərin məsumların yolunu davam edərək məscidlərdə, hüseyniyyələrdə İmam Hüseynə əza saxladığını xatırladıb. Bununla belə o, bu əzadarlıqların təkcə sinə vurmaqla, zəncir vurmaqla xüslasiləşməməli olduğunu vurğulayıb: 

“İnsanlarımız geniş miqyasda maariflənməli, Aşura gününün və İmam Hüseynin (ə) qiyamının həqiqi fəlsəfəsi ilə yaxından tanış olmalı, mahiyyətini başa düşməlidirlər və dərk edərək sinə vurub, əzadarlıq etməlidirlər. İmam Hüseyn (ə), onun yolu, qiyamı barədə möminlər nə qədər geniş maariflənsələr, daha yaxından dərk etsələr, bir o qədər Əhli-Beyt və İmam Hüseynə məhəbbəti çoxalar. Yəni həqiqi məhəbbəti yaradan mərifətdir. Mərifət nə qədər geniş miqyasda, dolğun olarsa, məhəbbət də o qədər düzgün olar və insanlar daha aşiqanə əza saxlayar.”

Hacı Cavad məscidinin axundu Əhliman Rüstəmov da Məhərrəmlik ayının ilk 10 gününün xüsusi önəmi olduğunu vurğulayıb:

“Hədislərdə var ki, bu 10 günü şövqlə keçirin, çox əhəmiyyət verin, məclislərdə iştirak edin. Hətta bu yaxınlarda bir mənbədən oxudum ki, başqa vaxtlarda biz ki, əzadarlıq keçirdirik, İmam ehsanı veririk, bunlar özümüzün təşkil elədiyidir. Amma bu 10 gün zatidir, bir növ Allah tərəfindən müəyyən olunmuş bir məsələdir. Çünki əsl hadisə istər qiyam deyək, istər müharibə, istərsə də müsibət - bu 10 gündə baş verib. Hər şeyin əsli başqa günlərə nisbətdə daha artıq keçirilməlidir.”

Ərbəin gününə gəlincə isə ilahiyyatçı bildirib ki, möminliyin 4 əlamətindən biri də İmam Hüseynə 40 saxlamaqdır: “Hədislərdə bildirilir ki, həmin gün İmamın ziyarətinin xüsusi savabı var.”

“Məhərrəm ayının özü, Aşura, Tasua tam keçirilməlidir ki, il boyu yaşasın başqa günlərə sirayət eləsin”, - deyə ruhani sözlərini bitirib.

Məqalədə : Məhərrəm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 17:20

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru