Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Sentyabr

2017
16:56
1320
Azərbaycanda təhlükəli viruslarla bağlı vəziyyət açıqlandı

Bu il ərzində Azərbaycana hər hansı bir təhlükəli virus daşıyan insanın gəlməsi qeydə alnmayıb.

faktXəbər-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Trend-ə bildirib.

R.İsmayılova bildirib ki, ümumiyyətlə son 3 il ərzində belə bir hal baş verməyib: “Taun Əleyhinə Stansiya beynəlxalq standartlara uyğun bir laboratoriyadır. Hər hansı təhlükəli virusla bağlı şübhələr olduqda, nümunələr bizim stansiyaya göndərilir. Son 3 il ərzində Azərbaycana gələn hər hansı əcnəbidə və ya xaricə gedib ölkəyə qayıdan Azərbaycan vətəndaşında heç bir təhlükəli virus aşkar olunmayıb”.

Respublikada viruslarla bağlı vəziyyətə toxunan R.İsmayılova qeyd edib ki, Azərbaycanda hazırda hər hansı təhlükəli virus yoxdur: “Müayinələr aparılır, virus aşkar olunmayıb”.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə isə, Səhiyyə Nazirliyindən xarici ölkələrdə xüsusi təhlükəli xəstəliklərin baş verdiyi haqqında məlumatlar daxil olduqda gömrük sərhəd buraxılış məntəqələrində digər dövlətlərdə baş vermiş virusların törətdiyi xəstəliklərin ölkəmizin ərazisində yayılmasının qarşısının alınması məqsədilə gömrük orqanları sanitariya nəzarəti çərçivəsində müxtəlif tədbirlər həyata keçirir.

Ölkəyə daxil olan fiziki şəxslər üzərində tibbi müayinə aparılır, onlar sorğu-sual edilir, o cümlədən məsafədən insan bədəninin hərarətini ölçən “Termovizor” aparatı vasitəsi ilə nəzarət edilir.

Xəstəliyə şübhəli şəxslər aşkar olunduqda həmin şəxslər gömrük sərhəd buraxılış məntəqələrində təşkil edilmiş izolyator tipli xüsusi otaqlarda yerləşdirilir və bu barədə Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xüsusi məlumatlandırma sxeminə əsasən, aidiyyəti tibb müəssisəsinə operativ məlumat verilir.

Bundan əlavə, gömrük sərhəd buraxılış məntəqələrinin aidiyyəti ərazilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Məqalədə : təhlükəli virus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:57

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru